veten informasiya agentliyi

Azərbaycanda faizsiz kreditlər verilə bilər

Tarix:13-10-2025, 13:47
Baxış Sayı:111

Azərbaycanda faizsiz kreditlər verilə bilər 

Gələn ildən Azərbaycanda faizsiz kreditlər təqdim oluna bilər.




Sözügedən kreditin bir çox müsəlman ölkələrində verilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə İslam maliyyə məhsullarının tətbiqinə hazırlıq gedir.




Bu kreditlərdən necə faydalanmaq olar?




Bu barədə Mərkəzi Bankın maliyyə sektorunun Davamlı İnkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan "Halal Biznes Forumu"nda danışıb.




O, qeyd edib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlayacaqlar. Beynəlxalq təcrübə nəzərə alınaraq təhlükəsiz və mərhələli yanaşma seçilib. İlkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində İslam pəncərəsi modeli ilə təqdim olunacaq. Bu məhsulların tətbiqi üçün hüquqi və tənzimləyici çərçivənin hazırlanması mülki vergi məcəlləsi bankçılıq qanunu və digər normativ aktlara dəyişiklik üzərində işlənilir. Mərkəzi Bank bu dəyişiklikləri bank sektoruna təqdim edib. 




İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, İslam bankçılığı həm vəsaitlərin toplanması, həm də verilməsi baxımından daha xeyirlidir:




"İnsanlar ora İslam şərtləri ilə halal yolla depozit yatırırlar. Sanki banka ortaq olurlar. Bura adi işçilər, pensionerlər də banka pullarını qoya bilərlər və ortaqlıq şərti ilə gəlirlərini götürürlər. Bu banklarda kiçik və orta sahibkarlar, ev almaq istəyənlər də yararlana bilər. İslam bankçılığı dünyanın 135 ölkəsində fəaliyyət göstərir. Türkiyədə bu bank aktivləri 80 milyard dollardan çoxdur. Burada vətəndaş pulu biznes məqsədi ilə alıbsa, əsas məbləğlə yanaşı, biznesdən əldə etdiyi qazancının müəyyən hissəsini də müqavilədə göstərilən müddət ərzində bankla bölüşür".

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi