veten informasiya agentliyi

Azərbaycanda məzunların problemi: Bu siyahıda sonuncu yerdəyik

Tarix:13-10-2025, 13:41
Baxış Sayı:110

 Azərbaycanda məzunların problemi: Bu siyahıda sonuncu yerdəyik

Avropada 20–34 yaş aralığında olan və son üç ildə ali məktəbi bitirən gənclərin ən yüksək məşğulluq səviyyəsinə malik ölkə Malta olub — 96,7%. Onun ardınca İslandiya (95,8%) və Hollandiya (94,8%) gəlir.

Bu məlumatları təhsil eksperti Kamran Əsədov öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, güclü sənaye bazası və peşə yönümlü ali təhsili ilə seçilən Almaniyada göstərici 94,3%, Birləşmiş Krallıqda 88,4%, Finlandiyada 88,3%, Fransada 84,4%, İspaniyada 77,9%, Türkiyədə 64,2%, İtaliyada 62,8%, Yunanıstanda isə cəmi 59%-dir:

"Azərbaycan isə bu siyahıda 42%-lə son sıralardadır. Bu, o deməkdir ki, ölkəmizdə universitet məzunlarının yarıdan çoxu təhsildən üç il keçsə belə, sabit iş tapa bilmir. Ekspert hesab edir ki, bu rəqəm əmək bazarının təhsil sisteminə uyğun gəlmədiyini, ixtisasların bazara inteqrasiyasının zəif olduğunu və gənclərin işə keçid mexanizmlərinin işləmədiyini göstərir”.

Sonda Kamran Əsədov qeyd edib ki, təhsil yalnız diplom üçün deyil, həm də istiqamət, bacarıq və məşğulluq üçün olmalıdır. Əks halda, universitet qapısı həyatın başlanğıcı yox, işsizlik döngəsinin başlanğıcı ola bilər.

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi