veten informasiya agentliyi

Bakıda kibertəhlükəsizlik festivalı başladı

Tarix:9-10-2025, 10:24
Baxış Sayı:91

 Bakıda kibertəhlükəsizlik festivalı başladı

Bu gün "Bakı Konqres Mərkəzi" MMC-də "Critical Infrastructure Defence Challenge" ("CIDC 2025") kibertəhlükəsizlik festivalı işə başlayıb.




Sabah başa çatacaq festival Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilir.




Bu tədbirin növbəti dəfə təşkil olunması - dövlət, özəl sektor, təhsil müəssələri və beynəlxalq tərəfdaşlar arasında vacib müzakirələr üçün dəyərli platformanın möhkəmləndirilməsi deməkdir. "CIDC-2025" həm sərgi, həm konfrans, həm də peşəkar yarışma formatını birləşdirərək kritik infrastrukturun müdafiəsi sahəsində praktik biliklərin və strateji yanaşmaların paylaşılmasına zəmin yaradır.




Bu il "CIDC-2025" tədbirinə ümumilikdə 2245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.




İki gün ərzində "Ağıllı şəhərlərdə kibermüharibə" yarışması, kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlərə 10 təqdimat və 5 panel müzakirəsi, Azərbaycanda ilk kiberməktəbin "Hack The Future 2" proqramı üzrə 6 ödənişsız təlim və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyaları birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi ilə tanışlıq imkanı yaradılıb. Təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edəcəklər. Eləcə də, sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaların da keçirilməsi nəzərdə tutulub.




Sözügedən panel müzakirələrdə "Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər", "Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə", "Texnologiyanın qaranlıq üzü: Kritik infrastrukturlarda kiberhücum və sosial mühəndisliyə qarşı yeni nəsil SOC sistemləri", "Kritik infrastruktur risk altındadır: təhlükəsizlik strategiyalarının yenilənməsinə çağırış", "Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?" kimi mövzular əhatə olunacaqlar.




Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu il "Ağıllı şəhərlərdə kibermüharibə" konsepti əsasında həyata keçirilir. "Ağıllı şəhərlərdə kibermüharibə" adlandırılması təsadüfi deyil. Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturlarının təməlini məhz ağıllı şəhərlər təşkil edəcəkdir. Enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər hər şey rəqəmsallaşır. "Ağıllı şəhər" konsepti həyatımıza çoxsaylı üstünlüklər gətirir: nəqliyyat infrastrukturu, enerji təchizatı, rabitə sistemləri, su təminatı, ictimai xidmətlər - hamısı daha səmərəli, çevik və rahat idarə olunur. Lakin bu sistemlərin hər biri kibermühitdə potensial hədəfdir. "Ağıllı şəhərlərdə kibermüharibə": - virtual müdafiə və hücum ssenarilərinin simulyasiya olunması, kritik informasiya infrastrukturlarının pozulması risklərinin praktiki təhlili, onların qarşısının alınması bacarıqlarının sınaqdan keçirilməsi və böhran vəziyyətində sistemlərin idarə olunmasıdır. Bu kibersavaşda iştirakçılar həm nəzəri biliklərini, həm də real ssenarilərə əsaslanan hücum və müdafiə simulyasiyalarında praktiki bacarıqlarını nümayiş etdirəcəklər.




Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5 xarici komanda iştirak edir. Onların arasında – Birləşmiş Ərəb Əmirliklərinin, Özbəkistan, Moldova, Qırğızıstan və Tacikistan ölkələrinin komandaları yer alıb. Qalib komandalar 30 min manatlıq mükafat fonduna sahib olacaqlar.




"CIDC-2025" ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcək.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı