veten informasiya agentliyi

Beyin xərçənginin xüsusi təhlükəsi aşkarlandı

Tarix:6-10-2025, 11:10
Baxış Sayı:119

 Beyin xərçənginin xüsusi təhlükəsi aşkarlandı

Albert Eynşteyn Tibb Kollecinin alimləri göstəriblər ki, glioblastoma — beynin ən aqressiv xərçəng növü — yalnız beyni deyil, kəllə sümüklərini də zədələyir.




Araşdırma nəticələri "Nature Neuroscience" jurnalında dərc olunub.




Məlum olub ki, şiş kəllə tikişlərini dağıdır, sümük iliyinin tərkibini dəyişir və immun sistemin fəaliyyətini pozur.




Siçanlar üzərində aparılan eksperimentlər və pasiyentlərin görüntülərinin analizi göstərib ki, glioblastoma sümüklərin incəlməsinə və beyinlə kəllə arasında kanalların genişlənməsinə səbəb olur. Bu kanallar vasitəsilə sümük iliyindən gələn iltihab hüceyrələri şişə yönəlir və onu daha aqressiv və müalicəyə davamlı edir.




Alimlər immun hüceyrələrində ciddi balans pozuntusu qeydə alıblar: iltihablı neyrofillərin sayı artır, müdafiəvi B-hüceyrələri isə demək olar ki, yoxa çıxır. Bu, yalnız beyinə yönəlmiş ənənəvi terapiya metodlarının niyə az effektiv olduğunu izah edə bilər.




Osteoporoza qarşı dərmanlarla sümük dağılmasını dayandırmaq cəhdləri gözlənilməz nəticə verib — bir halda şiş daha sürətlə böyüyüb, immunoterapiya isə təsirini itirib. Tədqiqatçılar vurğulayırlar ki, glioblastoma sistemli xəstəlik kimi qiymətləndirilməlidir və onun müalicəsində sümük və immun sistemdəki dəyişikliklər nəzərə alınmalıdır.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş