veten informasiya agentliyi

İşıq saçan bitkilər lampaları əvəz edəcək: Alimlərdən yeni ixtira

Tarix:29-08-2025, 10:16
Baxış Sayı:125

 İşıq saçan bitkilər lampaları əvəz edəcək: Alimlərdən yeni ixtira

Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin alimləri günəş və ya lampa işığının altında bir neçə dəqiqə qaldıqdan sonra iki saata qədər işıq saça bilən sukkulentlər yaradıblar.

Bununla bağlı "Matter" jurnalında məqalə dərc olunub.

Yaşıl rəngdə işıq saçan göbələklərdən tutmuş mavi qığılcımlar saçan planktona qədər təbiətdə biolüminesensiyanın möcüzələrini nümayiş etdirir. İndi adi otaq bitkiləri evə işıq saça biləcəklər.

Bunun üçün əvvəlki eksperimentlərdə olduğu kimi bitkilərin geni dəyişdirilməyib, onlara oyuncaqlarda və ya stikerlərdə istifadə olunan "işıq toplama" effektli birləşmələrə oxşar lüminofor hissəcikləri yeridiblər. Təxminən yeddi mikrometr ölçüsündə hissəciklər yarpaqlar üzərində bərabər paylanaraq onları mini "lampalara" çevirib.

"Avatar" dünyasını təsəvvür edin ki, burada bitkilər bütöv bir ekosistemləri işıqlandırır. Biz mövcud materiallardan istifadə edərək bunu reallığa çevirmək istədik. Küçələri fənərlərin əvəzinə işıq saçan ağacların işıqlandırdığını təsəvvür edin", - tədqiqatın ilk müəllifi Şutin Lyu bildirib.

Alimlər üsulu müxtəlif növ bitkilər üzərində sınaqdan keçiriblər, lakin lüminofor hissəcikləri özündə ən çox toplayan sukkulentlər olub - onların yarpaqlarındakı sıx və eynihəcmli kanalları işıq saçan hissəciklərin daha sürətli yayılmasına kömək edib. Alimlər yarpaqların yaşıl, mavi və qırmızı rənglərdə işıq saçmasına nail ola biliblər. Komanda üzvləri 56 emal edilmiş bitkidən hətta ətrafdakı əşyaları işıqlandıra bilən parlaq "canlı divar" hazırlayıblar.

Belə bir bitkinin yaradılması təxminən bir dollara başa gəlir və onun hazırlanması təxminən 10 dəqiqə çəkir. İndi tədqiqatçılar metodun bitkilərin özləri üçün təhlükəsiz olub-olmadığını öyrənirlər, lakin artıq əmindirlər ki, texnologiya bağ və daxili işıqlandırmada tətbiq oluna bilər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu