veten informasiya agentliyi

Tramp-Putin görüşünün nəticələri nə oldu?

Tarix:16-08-2025, 12:18
Baxış Sayı:144

Tramp-Putin görüşünün nəticələri nə oldu?ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüş konkret razılaşma ilə nəticələnməyib.

Tərəflər danışıqları "məhsuldar" və "konstruktiv" adlandırsalar da, Ukrayna müharibəsinin dayandırılması istiqamətində irəliləyiş əldə olunmayıb.

Reuters xəbər verir ki, təxminən üç saat davam edən görüş "üçə qarşı üç" formatında baş tutub. Sammit qırmızı xalça qarşılanışı və yüksək səviyyəli mərasimlərlə müşayiət olunsa da, nəticədə tərəflər yalnız gələcək danışıqların davam etdirilməsi barədə razılaşıblar.

"The Washington Post" yazıb ki, görüş səmərəli atmosferdə keçsə də, diplomatik baxımdan real nəticə əldə edilməyib. "Time" isə qeyd edib ki, Putin ABŞ torpağında prezident kimi qəbul olunmaqla simvolik diplomatik qələbə qazanıb və bu, onun beynəlxalq imicini gücləndirib.

Tramp isə görüşü "çox uğurlu" adlandıraraq yaxın günlərdə NATO və Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr aparacağını bildirib. O, prosesin davam edəcəyini və yeni raund danışıqların gözlənildiyini vurğulayıb.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu