veten informasiya agentliyi

AMEA əməkdaşı Həsən bəy Zərdabi mükafatına layiq görülüb

Tarix:18-07-2025, 23:39
Baxış Sayı:261

AMEA əməkdaşı Həsən bəy Zərdabi mükafatına layiq görülüb


Ölkə mətbuatında, teleradioda, eləcə də elektron mediada çalışan və peşəkarlıqları ilə fərqlənən bir qrup mətbuat işçisi Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyi (AJB) tərəfindən Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib. Bu il mükafat 15 media nümayəndəsinə verilib.

Bu il üçün Həsən bəy Zərdabi mükafatına layiq görülənlər arasında Azərbaycanın ilk veb-saytı olan science.gov.az-ın baş redaktoru, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova da var. O, Azərbaycanın tanınmış alim və ziyalıları ilə müsahibələrinə və ölkə elminin inkişafı istiqamətində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasındakı məhsuldar fəaliyyətinə görə bu mükafatla təltif edilib.

Mükafatı AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı və Əməkdar jurnalist, professor Qulu Məhərrəmli təqdim ediblər.

Nərgiz Qəhrəmanova əməyinə verilən yüksək dəyərə görə Azərbaycan Jurnalistlər Birliyinə təşəkkür edib. O, bu mükafatı həm adı, həm də nüfuzu baxımından jurnalistlər üçün ən vacib mükafatlardan biri hesab edib.

Xatırladaq ki, Həsən bəy Zərdabi mükafatı 1991-cı ildə Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevin təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Milli Mətbuat Günü ərəfəsində seçir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

Xankəndidə Zəfər Muzeyi olacaq
Xankəndidə Zəfər Muzeyi olacaq
Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür - İlham Əliyev
Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür - İlham Əliyev
Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
Tokayev: Azərbaycanın Qafqazda uzunmüddətli sülhə yönəlmiş siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır
Tokayev: Azərbaycanın Qafqazda uzunmüddətli sülhə yönəlmiş siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır
Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olundu
Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olundu
40 ildən sonra antirekordu təkrarladılar
40 ildən sonra antirekordu təkrarladılar
Polşada iki günlük ümummilli matəm elan edildi
Polşada iki günlük ümummilli matəm elan edildi
Ağ Evin aparat rəhbərinin müavini istefa verdi
Ağ Evin aparat rəhbərinin müavini istefa verdi