
2 iyul – Azərbaycan Polis Günü, dövlətçiliyimizin əsas dayaqlarından biri olan daxili işlər orqanlarının şərəfli və məsuliyyətli fəaliyyətini qeyd etdiyimiz əlamətdar bir tarixdir. Bu gün, ölkəmizin suverenliyinin, əmin-amanlığının, sabitliyinin və ictimai təhlükəsizliyinin keşiyində dayanan qəhrəman vətəndaşlarımızın – Azərbaycan polisinin fədakar əməyinə verilən dəyərin təcəssümüdür. Hər bir dövlətin sütunu olan güc strukturlarının içərisində Azərbaycan polisi milli maraqlara sadiqliyi, qanunçuluğun və ədalətin təmin olunmasında göstərdiyi əzmkarlığı ilə xüsusi yer tutur.
Məhz bu gün münasibətilə Azərbaycan Təmiz Texnologiyalar Şirkətinin təsisçisi, iş dünyasında olduğu kimi vətəndaş cəmiyyəti qarşısında da məsuliyyətini dərk edən Səfər Əlirzayev dərin ehtiramla çıxış edərək, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovu, eləcə də Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri, general-mayor Süleyman Neymətovu və bütün polis əməkdaşlarını bu mühüm peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.
Səfər Əlirzayevin bu təbriki təkcə bir sahibkarın təşəkkürü deyil, həm də cəmiyyətin hüquq-mühafizə orqanlarına olan inam və etibarının ifadəsidir. O qeyd edir ki, bu gün ölkədə mövcud olan sabitlik, hüquq və qayda – məhz Azərbaycan polisinin gündəlik zəhməti, fədakarlığı, peşəkarlığı və dövlətə sədaqəti sayəsində mümkün olur.
Azərbaycan polisinin tarixinə nəzər saldıqda görürük ki, bu qurum əsrlər boyu dəyişən dövrlərdə, fərqli sistemlərdə fəaliyyət göstərsə də, onun əsas mahiyyəti dəyişməyib: vətəndaşların təhlükəsizliyini təmin etmək, qanunun aliliyini qorumaq və dövlətə sadiqlik. Ulu öndər Heydər Əliyev hüquq-mühafizə orqanlarına həmişə xüsusi önəm vermiş, Azərbaycan polisinin formalaşmasında və inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Bu gün isə bu ənənəni ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Prezidentin rəhbərliyi ilə daxili işlər orqanlarında aparılan islahatlar, müasir texnologiyaların tətbiqi, peşə hazırlığının artırılması və şəffaf idarəçilik prinsiplərinin gücləndirilməsi nəticəsində Azərbaycan polisi artıq regionda nümunəvi bir hüquq-mühafizə sistemi kimi qəbul olunur.
Səfər Əlirzayev çıxışında xüsusi olaraq vurğulayır ki, iş adamları və sahibkarlar üçün sabitlik və təhlükəsizlik mühitinin mövcudluğu olduqca vacibdir. Azərbaycanda hüququn aliliyi və ictimai asayişin təmin olunması, iqtisadiyyatın dayanıqlı inkişafı üçün güclü zəmin yaradır. Belə bir mühitin qorunmasında və möhkəmləndirilməsində isə Azərbaycan polisinin rolu danılmazdır.
Səfər müəllim əlavə edir ki, Azərbaycan polisinin təkcə cinayətkarlıqla mübarizədə deyil, həmçinin vətəndaşlara göstərilən diqqət və qayğıda, sosial həssas təbəqələrin, xüsusən şəhid ailələrinin və qazilərin müdafiəsində də mühüm rolu vardır. Vətən müharibəsi dövründə Azərbaycan polisi ön cəbhədə döyüşərək, arxa cəbhədə isə asayişi təmin edərək, xalqın təhlükəsizliyini qorumaqla qəhrəmanlıq salnaməsi yazdı. Bu gün də şəhid ailələrinə, müharibə veteranlarına göstərilən yüksək hörmət və qayğı dövlət siyasətinin bir parçası olmaqla yanaşı, polis əməkdaşlarının da gündəlik fəaliyyətində ön plandadır.
Səfər Əlirzayevin rəhbərlik etdiyi “Azərbaycan Təmiz Texnologiyalar Şirkəti” bu istiqamətdə sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq müxtəlif layihələr həyata keçirir. Polis orqanları ilə birgə əməkdaşlıq çərçivəsində ictimai maarifləndirmə kampaniyaları, gənclər arasında hüquqi biliklərin artırılması və sağlam həyat tərzinin təbliği kimi təşəbbüslər həyata keçirilir. O bildirir ki, hər bir iş adamı dövlətin dayaqlarından biri olan polis orqanlarına dəstək olmalı, onların fəaliyyətinə hörmətlə yanaşmalıdır.
Əlirzayev çıxışının sonunda Azərbaycanın hüquq-mühafizə sisteminin daha da təkmilləşdirilməsi və möhkəmləndirilməsi üçün atılan addımları yüksək qiymətləndirdiyini, bu sahədə çalışan hər bir əməkdaşa uğurlar arzuladığını bildirərək deyir:
“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclənir, inkişaf edir. Bu inkişafın əsas dayaqlarından biri sabitlikdir və bu sabitliyi qoruyan, dövlətə sədaqətlə xidmət edən polis əməkdaşlarımızın xidmətləri əvəzsizdir. Mən bir vətəndaş, sahibkar və dövlətini sevən insan kimi Azərbaycan polisinin keçdiyi şərəfli yolu alqışlayıram və hər bir əməkdaşa ailə səadəti, möhkəm can sağlığı, peşə fəaliyyətlərində uğurlar arzu edirəm. 2 iyul – Azərbaycan Polis Günü münasibətilə başda cənab Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını təbrik edirəm!”
Azərbaycan polisinin bu günü və gələcəyi sabitlik, qanunçuluq və vətəndaşa xidmət prinsipləri üzərində yüksəlir. Bu dəyərlərin qorunması isə hər bir vətəndaşın, hər bir sahibkarın, hər bir təşkilatın üzərinə düşən məsuliyyətdir. Səfər Əlirzayevin timsalında Azərbaycan iş dünyasının bu məsuliyyətə sadiq olduğu, dövlətin və hüquq-mühafizə orqanlarının yanında dayandığı bir daha nümayiş olunur.
Əziz Azərbaycan polisi peşə bayramınız mübarək!
Səfər Əlirzayev,
Xeyriyyəçi- İş adamı