veten informasiya agentliyi

Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA

Tarix:27-05-2026, 11:33
Baxış Sayı:39

Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA


Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata keçirilir.
Qurbanlıq heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin "1003 - Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı