veten informasiya agentliyi

Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA

Tarix:27-05-2026, 11:27
Baxış Sayı:39

Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA


Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta ümumtəhsil məktəbi bağlanıb.
Bununla bağlı Bizim.Media-ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər.
Onlar iddia edirlər ki, may ayının 24-ü (bazar günü) müəllimlər valideynlərə bununla bağlı xəbərdarlıq edərək övladlarını yaxınlıqda yerləşən digər məktəblərə yönləndirmələrini istəyiblər.
Valideynlər bildirirlər ki, məktəbdə, təxminən, 75 şagird təhsil alır və illərdir bəzi siniflər komplektləşdirilərək fəaliyyət göstərir.
Valideynləri narahat edən əsas məsələ isə dərs ilinin sonuna yaxın belə bir addımın atılması və şagirdlərin digər məktəblərə daşınmasının təmin edilməməsidir. Onlar Qışlaq sahəsinin yaxınlığında məktəb yerləşmədiyini, övladlarını ya avtobusla, ya da şəxsi avtomobillə uzaq məsafədəki digər məktəblərə aparmağa məcbur qaldıqlarını bildiriblər. Təhsilalanların valideynləri ərazidə yol infrastrukturunun yenilənmədiyini də qeyd ediblər. Bir sözlə, valideynlər həm vaxt, həm də maddi itki ilə üzləşiblər.
Məktəbin hansı səbəbdən bağlanması, şagirdlərin yerləşdirilməsi və daşınması məsələsinə aydınlıq gətirməyə çalışdıq.
122 nömrəli ümumi orta ümumtəhsil məktəbdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, şagird sayının azlığı ilə əlaqədar 2026-2027-ci tədris ilindən optimallaşdırılması nəzərdə tutulur.
Bu barədə valideynlərin məlumatlandırıldığı vurğulanıb.
Qeyd edilib ki, ümumi təhsil müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir. Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasından ibarətdir.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı