veten informasiya agentliyi

"Ərkivan" mahnısına çəkilən klipin təqdimatı oldu - VİDEO/FOTOLAR

Tarix:11-06-2025, 18:20
Baxış Sayı:126

"Ərkivan" mahnısına çəkilən klipin təqdimatı oldu - VİDEO/FOTOLAR

Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Grand" restoranında sözləri tanınmış şair, İqtisad elmləri doktoru Rəsmiyyə Sabirə, musiqisi Pərviz Ağayev, Miriş Hüseynov və aranjimanı Yaqub Qurbanova məxsus "Ərkivan" mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib.

Tanınmış müğənni Miriş Hüseynovun ifa etdiyi mahnıya çəkilən klipin nümayişi alqışlarla qarşılanıb.

Çıxış edən layihə rəhbəri, baş prodüser Cəfər Cəfərov, "Tərəqqi" medallı mədəniyyət işçisi Vəkil İsmailov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Masallı sektorunun müdiri Sabiq Cahangirov, iş adamları Sucayət Qasımov və İntiqam Məmmədov klipdə Ərkivan tarixinin, mədəniyyətinin, idmanının və füsünkar təbiətinin əks edildiyini, gözəl sözlərlə musiqinin ahəng yaratdığının bildiriblər.

Gənc gitara ifaçısı İsgəndər Nuriyevin təbrik ifasından sonra "Ərkivan" mahnısının həmbəstəçisi, müğənni Miriş Hüseynov Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən diplomla mükafatlandırılıb.

Qəsəbənin sosial rifah halının yaxşılaşdırılması, idman, təhsil və mədəniyyət sahələrinin inkişafına göstərdiyi dəstəyə görə tədbirin fəxri qonağı, xeyriyyəçi iş adamı İntiqam Məmmədov da Xeyriyyə Cəmiyyəti tərəfindən təltif edilib.

Qeyd edək ki, "Masal prodakşn"ın istehsalı olan ekran əsəri Ərkivan Xeyriyyə Cəmiyyətinin sponsorluğu ilə ərsəyə gəlib.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub

Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər

Türklərə güzəşt - Viza rüsumu ləğv edildi

Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA

Leusinin daha bir mühüm faydası KƏŞF olundu

Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA

Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı