veten informasiya agentliyi

Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi

Tarix:7-06-2025, 09:58
Baxış Sayı:123

Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindiYosunlar, lil və digər bioloji qalıqlar. Ətraf tullantılarla dolu, qarışıq qoxudan ərazidə ayaq saxlamaq mümkün deyil. Qumluq əraziləri isə alaq otu və qamışlıq basıb.

Söhbət Dənizkənarı bulvarda Bayraq meydanının yaxınlığından, Xəzər dənizinin sahilboyu ərazilərindən gedir.

Dəniz suyunun çəkilməsi nəticəsində üfunətin yayılması yolunu bulvardan salan şəhər sakinlərini də narahat edir. Suyun çəkilməsi sahil zolağında dəniz dibindəki çöküntüləri də üzə çıxarıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən bildirilib ki, Bakı buxtasının Ağ şəhər ərazisindən Dövlət bayrağı meydanınadək olan sahil zolağında neft ləkələrinin müşahidə olunması, iy və qoxunun ətrafa yayılması halları baş verir. Aparılan monitorinqlər zamanı sözügedən ərazilərdə sahilboyu müşahidə olunan neft ləkələrinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı