veten informasiya agentliyi

Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq

Tarix:5-06-2025, 10:15
Baxış Sayı:99

Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıqUşaqların sağlam inkişafı üçün balanslı və yaşlarına uyğun qidalanma həyati əhəmiyyət daşıyır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, uşaqların gündəlik rasionuna bəzi ərzaq məhsullarının daxil edilməsi nə qədər vacibdirsə, bəzilərinin tamamilə uzaq tutulması da bir o qədər zəruridir.

Azyaşlı uşaqların orqanizmi duz kimi maddələrə qarşı daha həssas olur. Lakin bir çox valideynlər azyaşlı övladlarına böyüklər üçün hazırlanmış və yüksək miqdarda duz ehtiva edən yeməkləri erkən yaşlardan etibarən təklif edirlər. Bu isə gələcəkdə uşaq orqanizmində böyrəklərə əlavə yük salmaqla yanaşı, yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini artırır. Pediatrlar bildirirlər ki, bir yaşına qədər olan uşaqların qidasına ümumiyyətlə duz əlavə edilməməlidir.

Ekspertlər vurğulayırlar ki, hazır məhsullarda istifadə olunan süni qatqı maddələri konservantlar, stabilizatorlar, dad gücləndiriciləri, süni şirinləşdiricilər və rəngləndiricilər uşaqların immun sisteminə zərər verə bilər. Bu tip kimyəvi maddələr, xüsusilə qaraciyər üçün əlavə yük yaradır, orqanizmin təmizlənmə (detoksifikasiya) prosesini ləngidir və allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Tərkibində natrium nitrit kimi zərərli maddələr olan kolbasa və sosis kimi sənaye məhsullarının uşaqlara verilməsi qəti şəkildə tövsiyə olunmur. Bu maddə orqanizmdə kanserogen birləşmələrin yaranmasına səbəb ola bilər və uzunmüddətli istehlak gələcəkdə sağlamlıq üçün ciddi fəsadlara gətirib çıxara bilər.

Dondurma isə hər nə qədər sevilən yay qidası olsa da, uşaqlarda bağırsaq infeksiyaları üçün əlverişli zəmin yarada bilər. Tərkibindəki süd məhsullarının keyfiyyəti, saxlanma şəraiti və temperatur dəyişiklikləri səbəbindən infeksiya riski artır.

Pediatrlar valideynlərə uşaqların qida rasionunu sadə, təbii və yaşlarına uyğun məhsullarla təmin etməyi tövsiyə edirlər. Ev şəraitində bişirilmiş, duzsuz və qatqısız yeməklər uşaqların həm fiziki, həm də zehni inkişafı üçün daha faydalıdır.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı