veten informasiya agentliyi

Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib

Tarix:28-05-2025, 20:43
Baxış Sayı:128

Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib


Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə tarixçi Dilqəm Əhmədin kolleksiyasından ibarət sərgi təşkil edilib.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid 47 nadir tarixi fotoşəkil və sənəd nümayiş olunub. Tədbirdə ABŞ-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, ekspertlər, Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər. Dilqəm Əhməd çıxışı zamanı cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin yaranma prosesindən, əldə etdiyi uğurlardan danışıb. O bildirib ki, Cümhuriyyətin süqutundan sonra mühacirətdə istiqlal uğrunda Azərbaycan ziyalılarının mübarizəsi başlayıb. D.Əhmədin sözlərinə görə, həmin mühacirlər Fransada, İtaliyada, Türkiyədə, ABŞ-da böyük irs qoyublar. Dilqəm Əhməd 10 ilə yaxındır bu irsi toplamaqla məşğul olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-da yaşamış azərbaycanlı mühacirlərlə də bağlı kitab yazılır və gələn il təqdimatı keçiriləcək. Müəllif sərgidə nümayiş etdirilən bütün materialların orijinal olduğunu qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, Türkiyədə səfir olduğu müddətdə sağ qalan mühacirlər və bəzilərinin ailələri ilə görüşmək imkanı olub. Onun sözlərinə görə, İstanbul şəhəri azərbaycanlı mühacirlər üçün çox vacibdir və onlar təkcə Azərbaycanın deyil, həm də Türkiyənin maariflənməsi, bölgənin daha da inkişaf etməsi və Avropaya inteqrasiyası istiqamətində fəaliyyət göstəriblər. O, gördüyü işlərə görə Dilqəm Əhmədə təşəkkürünü bildirib. Səfirin sözlərinə görə, əcdadlarımız Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini, müstəqil siyasət aparmasını, indiki Azərbaycan Respublikasında nələrə nail olduğunu görə bilsə, fəxr edərdilər.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib
Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib
Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib
Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib
Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib
Vaşinqtonda Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən ibarət sərgi təşkil edilib

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı