veten informasiya agentliyi

Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI

Tarix:1-05-2025, 10:08
Baxış Sayı:112

Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARIHazırda gənclərin sevərək içdiyi enerji içkiləri sağlamlıq üçün ciddi problemlər yaradır. Nəzərə almaq lazımdır ki, enerji içkilərinin satışı qanunvericiliklə 18 yaşından aşağı şəxslərə tövsiyə olunmur. Bunun da səbəbi həmin içkilərin inkişafda olan orqanizmə zərər vura bilməsi ehtimallarıdır.

Bu fikirləri açıqlamasında, Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, bu gün məktəb və universitet kənarlarında enerji içkilərinin azyaşlılara satıldığını görə bilərik.

"Nəticədə görürük ki, bu içkilərin satışında müştərinin yaşı nəzərə alınmır. Məhsulların zərərləri tərkibindəki maddələrlə bağlıdır. Yüksək miqdarda kofein, şəkər və digər kimyəvi maddələrin olması insan orqanizmi üçün zərərlidir. Bəzən bu maddələri vitamin adı altında məhsul üzərinə yazırlar. Sintetik maddələrdən ibarət olduqları üçün insan orqanizmi zərərli hesab olunur".

Mütəxəssis deyib ki, bu içkiləri daimi qəbul etmək ürək-damar xəstəlikləri, şəkərli diabet riskini artırır.

"Tərkibində olan kofein yorğunluğu azaltsa da, artıq qəbul etmək yuxusuzluq, iştahsızlıq, narahatlılıq yaradır.  Jenşen bitkisi immun sisteminin güclənməsinə şərait yaratsa da, enerji içkisinin tərkibində olduqda, öz funksiyasını itirir".

Məhsəti Hüseynova vurğulayıb ki, 20-25 yaşlı gənclər bu içkilərdən uzaq dursalar yaxşı olar. 

"Çünki bu, tükənmişlik enerjisini artırır. Həmçinin reproduktiv sağlamlığa zərərdir. Elmi tədqiqatlar nəticəsində məlum olub ki, enerji içkiləri hər gün içilməməlidir. Üstəlik, bu içkilərin çoxu sadəcə "enerji" adı altında satılır". ‎

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı