veten informasiya agentliyi

Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar

Tarix:30-04-2025, 11:02
Baxış Sayı:130

Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlarUşaq orqanizmi böyüklərdən bir çox cəhətdən fərqlənir və bu, uşağın müalicəsi zamanı nəzərə alınmalıdır. Anlamaq vacibdir ki, böyüklərə təyin edilən bəzi dərmanlar, o cümlədən aspirin, uşaqlar üçün ciddi təhlükə yarada bilər. Məhz buna görə uşaqlara dərmanları yalnız həkim təyin etməlidir, çünki özünümüalicə uşağın sağlamlığı üçün ağır nəticələrə səbəb ola bilər.

Bu barədə rusiyalı pediatr Olqa Tatarkina danışıb.

Həkimin sözlərinə görə, uşaq orqanizmi dərman vasitələrini fərqli şəkildə mənimsəyir, buna görə də dərmanların dozası, qəbul tezliyi və qəbul üsulu öz xüsusiyyətlərinə malikdir.

Pediatr, həmçinin xatırladıb ki, bir çox dərmanların yaş məhdudiyyətləri var. Məsələn, bəzi boğaz spreyleri üç yaşına qədər uşaqlarda tənəffüs yollarının spazmını yarada bilər. Hamıya məlum olan aspirin isə uşaq orqanizmi üçün kifayət qədər toksikdir. Mütəxəssisin sözlərinə görə, virus infeksiyaları zamanı 16 yaşına qədər uşaqlarda temperaturu aşağı salmaq üçün aspirin istifadəsi qaraciyər və beyinin ağır zədələnməsinə səbəb ola bilər.

Olqa Tatarkina, həmçinin diqqəti ona yönəldib ki, tetrasiklin qrupundan olan antibiotiklər səkkiz yaşdan kiçik uşaqlara qəti qadağandır, çünki onlar sümük toxumasının formalaşma prosesini pozur. Bu, uşağın böyüməsinə mənfi təsir göstərə bilər, həmçinin diş minasına zərər verərək onun saralmasına səbəb ola bilər.

"Bundan əlavə, 14 yaşına qədər uşaqlara aminoqlikozid qrupundan olan antibiotikləri vermək qətiyyən tövsiyə edilmir, çünki onlar eşitmədə ciddi pozğunluqlar yarada bilər. Belə preparatlar bu yaş qrupundakı uşaqlara yalnız həyati göstəricilərə görə təyin edilir", - deyə pediatr əlavə edib.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı