veten informasiya agentliyi

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Tarix:30-04-2025, 11:00
Baxış Sayı:110

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEONövbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.

Sözügedən məsələni özündə əks etdirən layihə artıq aidiyəti qurumlara təhvil verilib.

Məsələ ilə bağlı danışan "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, indiyə qədər ölkəmizdə əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmur. Məcəlləyə əsasən, əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilir və minimum məbləğ bu ildən 400 manat olub.

Sahib Məmmədov bildirib ki, saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyərək saathesabı alması üçün sərf edən bir variantdır. Həmçinin işəgötürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana biləcək.

Hazırda saatlıq əməkhaqqı yanaşması xüsusilə qərb ölkələrində çoxdan tətbiq edilir.

Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında uzaq məsafədən iş və digər hallarla bağlı məsələlər var.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı