veten informasiya agentliyi

Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub

Tarix:23-04-2025, 18:35
Baxış Sayı:155

Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Pənahov Hafiz Saməddin oğlu Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.
Qeyd edək ki, Hafiz Pənahov 2004-cü ildə Gəncə Dövlət Universitetində Coğrafiya ixtisası üzrə bakalavr, 2024-cü ildə isə ADA Universitetində "Menecment" (Təhsilin təşkili və idarə olunması) ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.
2005–2015-ci illərdə Şəmkir rayon Zəyəm Cırdaxan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərib. 2010-cu ildən etibarən təhsil sahəsində bir sıra layihələrdə təlimçi, mentor və koordinator kimi iştirak edib. 2013-2014-cü tədris ili üzrə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.
2015–2016-cı illərdə Şəmkir Rayon Təhsil Şöbəsində coğrafiya metodisti, 2016–2017-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb.
2017–2022-ci illərdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdir müavini, 2022–2024-cü illərdə isə Şəmkir rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi vəzifələrində fəaliyyət göstərib.
2025-ci ilin 21 aprel tarixinədək Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.
Evlidir, 2 övladı var.
#EduAz #ŞəkiZaqatalaRTİ #MÜTDA

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı