![]()
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi, ASAN Könüllüləri təşkilatının tərəfdaşlığı və Sheki Medianın informasiya dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçiriləcək.
İntellektual oyunda iştirak etmək istəyən Şəki şəhərində fəaliyyət göstərən ali təhsil, orta ixtisas və ümumi təhsil müəssisələrində çalışan, yaşı 35-dək olan müəllimlər 1 may 2025-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, yarışın əsas məqsədi gənc müəllimlərin intellektual inkişafını təşviq etmək, onların bilik və dünyagörüşünü zənginləşdirmək, komanda işini və sağlam rəqabəti gücləndirməkdən ibarətdir.
Qeydiyyat linki: https://ref.az/3ru8C4V
#EduAz #ŞəkiZaqatalaRTİ #AGMA #BilikYarışı