veten informasiya agentliyi

Qızılı olanlar və almaq istəyənlərin NƏZƏRİNƏ: Bahalaşacaq

Tarix:23-04-2025, 12:50
Baxış Sayı:208

Qızılı olanlar və almaq istəyənlərin NƏZƏRİNƏ: BahalaşacaqDünyada iqtisadi və siyasi qeyri-müəyyənliklər artdıqca investorların təhlükəsiz liman axtarışları da güclənir. Belə vəziyyətlərdə ənənəvi olaraq güvənilən sərmayə alətlərindən biri də qızıl olmuşdur. Tarix boyu qızıl inflyasiya, müharibələr və maliyyə böhranları kimi çətin dövrlərdə sərmayədarlar üçün sabitlik simvolu kimi çıxış edib. Son aylarda isə dünya bazarlarında yaşanan yeni gərginliklər, xüsusilə də böyük iqtisadi güclər arasında ticarət münaqişələri və tarif məhdudiyyətləri, investor marağını yenidən bu qiymətli metala yönəldib.

Bəs qızılın qiymətinin yenidən artımı gözləniləndir? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli açıqlama verib:

"Qızılın qiymətinin artması dünya bazarında baş verən qeyri-müəyyənliklərlə bağlıdır. Hesab edirəm ki, bu bir müddət də davam edəcək. Bildiyiniz kimi, Amerika tarif məhdudiyyətləri tətbiq edib. Bu dünya iqtisadiyyatına böyük gərginlik yaradıb. Dünyada digər əmtəə, səhmlərin də qiyməti enir. Ona görə də qızılın qiyməti daha da artır, önə çıxır. Qızıl da daha sabit investiya kimi qalır".

Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib
Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları
Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Kəlbəcərdəki Söyüdlü qızıl yatağında flotasiya zavodu qurulacaq
Kəlbəcərdəki Söyüdlü qızıl yatağında flotasiya zavodu qurulacaq
Yol polisindən piyadalara xəbərdarlıq
Yol polisindən piyadalara xəbərdarlıq