veten informasiya agentliyi

Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə

Tarix:22-04-2025, 22:31
Baxış Sayı:162

Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfəPensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə, işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər.

Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır?

Deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır.

O, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsələni izah edib:

"Qanunvericiliyə əsasən, işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ isə pensiyaya əlavə olunur".

Millət vəkili məsələnin izahına uyğun nümunə də verib:

"Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir.

Təbii ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən  vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir".

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı