veten informasiya agentliyi

Bu şagirdlərə attestat verilməyəcək

Tarix:22-04-2025, 22:25
Baxış Sayı:117

Bu şagirdlərə attestat verilməyəcəkAzərbaycanda 2025-ci il buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə - 300 bal toplayaraq imtahanın ən yüksək göstəricisini əldə edib. Eyni zamanda, 10 nəfər imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib.

Bir çox şagird uğurla nəticə göstərsə də, aşağı bal toplayanlar, imtahandan kəsilənlər və iştirak etməyənlər də olub.

Son günlərdə yayılan məlumatlara görə, imtahanda iştirak etməyən, yaxud buraxılışdan kəsilən şagirdlərin attestat ala bilməyəcəyi bildirilir.

Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən ümumi və tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar:

"Belə şagirdlərə ümumi təhsil müəssisələrində təhsil almalarına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na uyğun olaraq arayış verilir".

Məlumatda qeyd edilib ki, buraxılış imtahanlarında iştirak edən şagirdlərə isə topladığı baldan asılı olmayaraq ümumi orta və ya tam orta təhsil haqqında attestat (illik qiymətlər və imtahan balının ədədi ortası hesablanmaqla yekun qiymətlər DİM tərəfindən çıxarılır) verilir.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı