veten informasiya agentliyi

Ədalət Partiyasında nə baş verir? - "Gecə ikən qapının kilidi dəyişdirilib"

Tarix:21-04-2025, 13:44
Baxış Sayı:145

Ədalət Partiyasında nə baş verir? - "Gecə ikən qapının kilidi dəyişdirilib"

Ədalət Partiyasının Ali Məclisi bəyanat yayıb.


"Ədalət Partiyası Siyasi Şurasının qərarına əsasən aprelin 19-da Ali Məclisin növbəti iclası keçirilmişdir. Ali Məclisin rəhbərliyində təmsil olunan bir neçə şəxsin əvvəlcədən planlaşdırılmış şəkildə Nizamnamə tələblərini pozaraq, şəxsi maraqları naminə Siyasi Şuranın qərarına etinasızlıq, partiya üzvlərinə isə hörmətsizlik göstərərək, iclasda iştirak etməməsi, bununla da Qurultayın çağırılması qərarını pozmağa çalışması təəssüf doğurur.

Ali Məclis üzvləri çox təəssüflə bildirirlər ki, partiyanın siyasi simasının zədələnməsinə, ideoloji platformasının, etik və əxlaqi dəyərlərinin əleyhinə çıxan bu şəxslər iclasın baş tutmaması üçün məqsədyönlü iş aparmış, sağlam mübarizə aparmaq yolunu seçməkdənsə, gecə ikən partiyanın mərkəzi qərargahının qapısının kilidini dəyişməklə iclasın baş tutmasına mane olmağa çalışmışlar. Təbii ki, onların bu qanunsuz əməlləri, Ali Məclisin iclasının keçirilməsinə mane ola bilmədi, əksinə, Məclis üzvlərinin 86 faizi (56 Rayon Təşkilatından 50 nəfər və qurultayda seçilmiş üzvlərdən 6 nəfər) iclasda iştirak edərək Ədalət Partiyasının IX Qurultayının 17 may 2025-ci il tarixində keçirilməsi barədə yekdilliklə qərar qəbul etmişdir.

Ali Məclis çoxminli partiya üzvlərinə qarşı bir neçə şəxsin sayğısız hərəkətlərini partiyadaxili siyasi münasibətlərə, həmkarlığa, ideoloji birliyə zidd addım sayır və bunun yolverilməz olduğunu bəyan edir. Partiya daxilində bütün davranışların partiya nizamnaməsi, qanunvericiliyə və milli-mənəvi, əxlaqi dəyərlərə uyğun qurulmasının alternativi olmadığını bildirir.

Ali Məclis partiyada təmsil olunan hər kəsi iddialarını Nizamnaməyə uyğun olaraq təmin etmək üçün lazımı prosedurlara əməl etməyə çağırır.

Ali Məclis bəyan edir ki, artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi seçilib və partiyanın bütün strukturlarının səlahiyyətləri ona verilib. Buna görə də Ali Məclis üzvləri rəhbərlikdə təmsil olunan və pozuculuqla məşğul olan bir neçə şəxsi, eləcə də Xəzər və Xətai rayon təşkilatlarının sədrlərini partiyadaxili həmrəyliyə çağırır, partiyanın qurultayında iştirak etməklə, öz təkliflərini və namizədlərini irəli sürmək hüququna malik olduqlarını bildirir.

Ali Məclis Ədalət Partiyasının yaradıcısı və ilk sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun siyasi irsinin, ideoloji baxışlarının davamçısı olaraq hər kəsi, o cümlədən, yalançı vədlərlə aldadılmaqda olan bir neçə partiya üzvünü səhv yoldan dönməyə, partiyanın inkişafına dəstək verməyə, qayda-qanunları, Nizamnamə tələblərini pozmaqdan çəkinməyə, partiyanın birliyini qorumağa və hər bir situasiyada ədalətli olmağa çağırır".

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı