veten informasiya agentliyi

Bank kartınızdakı pulları belə qoruyun

Tarix:19-04-2025, 16:59
Baxış Sayı:133

Bank kartınızdakı pulları belə qoruyunŞənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41048 manat oğurlanıb.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 12-də və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11100, 10283, 4900, 2537, 2520, 2183, 1500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Kart oğurluqlarının qarşısını almaq üçün siz hansı tədbirlərin görülməsini vacib hesab edirsiniz?

Sfera.az-a açıqlama verən İT mütəxəssis Fərid Kazımov bu məsələ ilə bağlı əsas təhlükəsizlik tədbirlərindən birinin əlavə bank kartı hesabının açılması olduğunu bildirib. Onun sözlərinə görə, gündəlik ödənişlər məhz bu kart üzərindən həyata keçirilməlidir:

"Məsələn, əgər bir şəxsin maaş kartına yüksək məbləğdə vəsait daxil olursa, həmin məbləği hissə-hissə əlavə karta köçürmək daha məqsədəuyğundur. Bu halda vətəndaş öz maliyyə təhlükəsizliyini qismən təmin edə bilər. Əgər ikinci kart oğurlanarsa və ya dələduzluq halları baş verərsə, əsas vəsaitə zərər dəyməyəcək.

Digər mühüm məsələ şəxsi məlumatların heç bir halda paylaşılmamasıdır. Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, cinayətkarlar daim yeni üsullar axtarırlar. Lakin bu cür qabaqlayıcı tədbirlərlə baş verə biləcək oğurluqların məbləğini azalda bilərik. Bəzən vətəndaşlara müxtəlif nömrələrdən zənglər daxil olur və onlara xüsusi suallar verilir. İnsanlar bu kimi hallarda son dərəcə ehtiyatlı olmalı və bu zənglərə əsla inanmamalıdırlar".

Mütəxəssis bildirib ki, aidiyyəti qurumlar tərəfindən maarifləndirici xarakter daşıyan xüsusi bir platforma yaradılmalıdır. Bu tətbiq vasitəsilə vətəndaşlar dələduzluq halları barədə mütəmadi məlumatlandırılmalı və bu kimi hadisələrin qarşısının alınması üçün zəruri biliklərlə təmin olunmalıdırlar.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı