veten informasiya agentliyi

Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA

Tarix:15-04-2025, 15:24
Baxış Sayı:113

Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMABəzi köhnə binalarda edilən artırmalar qanunsuz hesab olunur. Xüsusən də belə binalar plana düşdüyü təqdirdə bu artırmaların hesablanması məsələsi ziddiyyət yaradır. Ən çox sual doğuran məqamlardan biri isə həmin sahənin sonradan sənədləşdirilə bilməsi ilə bağlıdır.

Əmlak eksperti Ramil Osmanlı açıqlamasında bildirib ki, artırmalarla bağlı məsələ bu günün və ya dünənin problemi deyil, bu prosesin tarixi uzun illərə dayanır:

"Qanunvericiliyə əsasən, şəhərsalma qaydalarına zidd olmayan, infrastruktur və binanın dayanıqlığına zərər vurmayan, daşıyıcı konstruksiyalara müdaxilə etməyən hallarda artırmaların aparılmasına icazə verilir. Belə hallar müvafiq razılaşdırma prosedurlarına əsaslanır. Bu cür tikinti işləri yerli icra hakimiyyətlərinin sərəncamı, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı əsasında həyata keçirilə bilər. Zəruri hallarda Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları da rəy verir".

R.Osmanlı qeyd edib ki, artırma ilə bağlı icazələrin alınması zamanı ödənişlər rəsmi qaydalara uyğun həyata keçirilir:

"İlk növbədə layihə hazırlanır, daha sonra şəhərsalma tələblərinə əsasən ərazi üzrə müəyyən edilmiş kafisientlərə uyğun ödənişlər olunur. Bu məbləğlər Bakı şəhərinin müxtəlif ərazilərində fərqlidir. Eləcə də yaşayış vəqeyri-yaşayış obyektləri üçün ayrıca hesablanır. Nəticə etibarilə, bu ödənişlərin məbləğini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşdirir".

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı