veten informasiya agentliyi

"WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Dərhal...

Tarix:8-04-2025, 21:50
Baxış Sayı:134

"WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Dərhal..."WhatsApp" şirkəti populyar mesencerin "Windows" versiyasının bütün istifadəçilərini proqramı dərhal ən son versiyaya yeniləməyə çağırır. Bunun səbəbi dünya üzrə milyonlarla insanın şəxsi məlumatlarının təhlükəsizliyini təhdid edə biləcək kritik boşluğun aşkar edilməsidir.

Bu barədə "Anti-Malware" portalı xəbər verib.

Bildirilir ki, CVE-2025-30401 kimi qeyd edilən təhlükəsizlik boşluğu, "Windows" üçün "WhatsApp"ın 2.2450.6 versiyası da daxil olmaqla bütün əvvəlki versiyalarına təsir edir.

Əlavələrin emalındakı xətadan istifadə edərək, hakerlər heç nədən şübhələnməyən istifadəçini ilk baxışda zərərsiz görünən zərərli faylı açmağa inandıra bilərlər.

Boşluq mesencerdə əlavələrin düzgün göstərilməməsi səbəbindən yaranıb.

"WhatsApp" faylı MIME tipinə əsasən müəyyənləşdirir (məsələn, şəkil kimi), lakin onu uzantısına görə açır (məsələn, ".exe"). Bu uyğunsuzluq gözlənilən fayl əvəzinə zərərli proqramın işə düşməsinə səbəb ola bilər.

2.2450.6-dan aşağı köhnə "WhatsApp" versiyalarının bütün istifadəçiləri təhlükə altındadırlar.

Məlumatlarınızı qorumağın yeganə etibarlı yolu "WhatsApp"ı dərhal ən son versiyaya yeniləməkdir.

Tərtibatçılar artıq mesencerin yeni versiyalarında aşkar edilmiş problemi aradan qaldırıblar.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı