veten informasiya agentliyi

YAP Ağcabədi rayon təşkilatında könüllü və gənc YAP fəalları ilə görüş keçirilib

Tarix:4-04-2025, 22:27
Baxış Sayı:208

YAP Ağcabədi rayon təşkilatında könüllü və gənc YAP fəalları ilə görüş keçirilibYAP Ağcabədi rayon təşkilatında könüllü və gənc YAP fəalları ilə görüş keçirilib
YAP Ağcabədi rayon təşkilatında könüllü və gənc YAP fəalları ilə görüş keçirilib
YAP Ağcabədi rayon təşkilatında könüllü və gənc YAP fəalları ilə görüş keçirilib
YAP Ağcabədi rayon təşkilatında könüllü və gənc YAP fəalları ilə görüş keçirilib
Aprel ayının 4-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında rayon təşkilatının sədri Rövşən Əhmədov sosial şəbəkə fəalları və könüllülərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov könüllü fəallara sosial şəbəkələrdə fəalliqlarına görə təşəkkür edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişində, tərəqqisində öz töhfələrini əsirgəmir. YAP-ın gücü onun öz ideyasında, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə, problemlərdən çıxış yollarını göstərə, ən mürəkkəb siyasi məsələlərlə bağlı konkret təkliflər irəli sürə bilməsindədir. Bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə stimul vermişdir. Partiyanın siyasi xətti, gördüyü işlər, ölkəmizdə gedən proseslər, erməni işğalçıları üzərində möhtəşəm qələbə, 30 ildən artıq köçkün həyatı yaşamış əhalimizin yenidən inkişafa qədəm qoyan Qarabağa qayıtması ən başlıcası isə öz fəaliyyəti ilə tarix yazan möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin fəaliyyətinin işıqlandırılması istiqamətində siz könüllü-gənclər çox böyük işlər görürsünüz. Ona görədə qərara aldım ki, Sizinlə görüşərək öz minnətdarlığımı çatdırım, eyni zamanda bu sahədə gələcəkdə qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparaq.
Tədbirdə gənc könüllülərdən Asiya Şirinova, Fəridə Qasımzadə, Lalə Həsənova, Nigar İbrahimova çıxış edərək, yeni çağrışları və tendensiaları əsas götürən və ölkəmizdə aparıcı siyasi qüvvə olan YAP-ın gənc fəalları olduqlarından qürur duyduqlarını bildirmiş, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında üzərlərinə düşən missiyanı bundan sonra da, layiqincə yerinə yetirməyə həmişə hazır olduqlarını vurğulamışdır.
Daha sonra görüş iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
YAP Ağcabədi rayon təşkilatı tərəfindən tədbirin sonunda gənc fəallara Sertifikatlar, Fəxri Fərmanlar, Təşəkkürnamələr və hədiyyələr təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı