veten informasiya agentliyi

Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubiley tədbiri keçirilib

Tarix:17-03-2025, 12:37
Baxış Sayı:116

Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubiley tədbiri keçirilib
Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubiley tədbiri keçirilib
Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubiley tədbiri keçirilib
Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubiley tədbiri keçirilib
Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubiley tədbiri keçirilib
Martın 14-də Şıxəli Qurbanovun adını daşıyan Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə görkəmli şair, dramaturq və ictimai-siyasi xadimin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Yubiley mərasimində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Bəhruz Nəbili, Zaqatala təhsil sektorunun müdiri Kəmalə Əhmədova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zaqatala rayon Komitəsinin sədri Bəhruz Bayramov, şəhid ailələrinin üzvləri, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədr müavini Qudbiddin Qardaşov, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək Şıxəli Qurbanovun Azərbaycan ədəbiyyatına, dramaturgiyasına və ictimai fikrinin inkişafına verdiyi töhfələrdən danışıb. İdarə müdiri Ş. Qurbanovun maarifçilik fəaliyyətini, ana dilinin inkişafı və milli dəyərlərin qorunması uğrunda mübarizəsini xüsusi vurğulayaraq onun irsinin bu gün də gənc nəsil üçün örnək olduğunu qeyd edib.
Daha sonra çıxış edənlər Şıxəli Qurbanovun yaradıcılığının və ictimai fəaliyyətinin əhəmiyyətindən bəhs edərək onun irsinin Azərbaycan ədəbiyyatında və ictimai fikrində mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, Ş.Qurbanovun milli-mənəvi dəyərlərə və maarifçilik ideyalarına əsaslanan fəaliyyəti gənc nəslin tərbiyəsində mühüm istiqamət təşkil edir.
Tədbir çərçivəsində məktəb şagirdlərinin təqdimatında Şıxəli Qurbanovun əsərləri əsasında hazırlanmış səhnəciklər nümayiş etdirilib, şairin şeirləri səsləndirilib, musiqi nömrələri ifa olunub.
Qeyd edək ki, Zaqatala şəhər 3 nömrəli tam orta məktəbi 1968-ci ildən Şıxəli Qurbanovun adını daşıyır.
#EduAz #ŞəkiZaqatalaRTİ #Yubiley

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı