![]()
![]()
![]()
![]()
![]()
20 fevral 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş, “Xocalı - qan yaddaşımız” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxışlar edilərək, Ermənistan ordusu tərəfindən Xocalı sakinlərinə qarşı törədilmiş vəhşiliklərdən danışılıb, bu cinayətin soyqırım aktı olduğu bildirilib.
Daha sonra məktəbin şagirdlərinin ifalarında Xocalıya həsr edilmiş şeirlər söylənilib.