![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
04 fevral 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon MKS-nin 29 saylı II Quzanlı kənd kitabxanası Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” münasibətilə tədbir keçirib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mövzu ətrafında çıxışlar edilərək Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, onun əsas prinsip və müddəaları haqqında danışılıb.
Daha sonra “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar hazırlanmış film izlənilib. Sonda kitabxananın kiçik oxucuları tərəfindən Ulu öndər Heydər Əliyevə və müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndirilib.