veten informasiya agentliyi

Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLAR

Tarix:21-02-2025, 10:32
Baxış Sayı:153

Soyuq və şaxtalı hava şəraitində sürücülərin nəzərə almalı olduğu ƏSAS MƏQAMLARÖlkə ərazisində fevralın 24-ü gündüzədək hava şəraitinin dəyişəcəyi və fasilələrlə yağıntılı olacağı ilə bağlı xəbərdarlıq edilib.

Sinoptiklər bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 7-10 dərəcə enəcəyini bildiriblər.

Gözlənilən soyuq və şaxtalı hava şəraiti xüsusilə sürücülər üçün təhlükə yarada bilər. Yol şəraiti çətinləşəcəyinə görə təhlükəsizlik tədbirlərinin ön planda olması vacibdir.

Bəs sürücülər avtomobillərini şaxtalı havaya uyğun necə hazırlamalı və təhlükəsiz sürüş üçün nələrə xüsusi diqqət etməlidirlər?

Bununla bağlı açıqlamasında tanınmış avtomobil mütəxəssisi və mühəndis-layihəçi Elçin Abbasov təhlükəsiz sürüş üçün vacib məqamları qeyd edib.

E.Abbasov qeyd edib ki, şaxtalı və qarlı hava şəraitində ilk növbədə yolun vəziyyətinə diqqət yetirilməlidir:

"Dağlıq ərazilər və ya yağıntıların çox olduğu bölgələrə səfər edərkən qış təkərlərindən istifadə etmək önəmlidir. Temperaturun +7 dərəcədən aşağı olduğu şəraitdə qış təkərləri həm sürüşmənin qarşısını alır, həm də təkərin asfalta yatmasını yaxşılaşdırır. Əlavə olaraq, təkər zəncirləri sürüşkən yollarda təhlükəsiz sürüşü təmin etməyə kömək etməklə yanaşı, manevr etməyi də asanlaşdırır.

Əlbəttə ki, təkərlərin hava təzyiqini düzgün yoxlamaq və onların aşınma vəziyyətini mütəmadi izləmək də yaddan çıxmamalıdır".

"Akkumulyator və yağların vəziyyəti də şaxtalı havalarda mühüm rol oynayır. Akkumulyatorun xüsusi avadanlıqla yoxlanması, yağların istehsalçı tövsiyələrinə uyğun olaraq dəyişdirilməsi vacibdir. Bu mövsümdə, istehsalçının tövsiyələri daxilində, mümkün qədər duru yağlardan istifadə etmək faydalıdır. Məsələn, deyək ki, bir avtomobilə istehsalçı "5w-30" yağı da tövsiyə edir, "0w-30" yağı da. Belə olan halda sizin daha duru olan "0w-30" yağından istifadə etməniz tövsiyə olunur", - deyə mütəxəssis bildirib.

E.Abbasov antifrizin vəziyyətinin mütəmadi qaydada yoxlanmalı olmasını da vurğulayıb:

"Sadə dillə desək, yaşıl rəngdə olanlar iki ildən, digərləri isə beş ildən bir dəyişdirilməlidir".

"Faraların və əyləc sisteminin düzgün işləməsi təhlükəsiz sürüş üçün əhəmiyyətlidir. Şaxtalı hava şəraitində yollarda işıqlandırma zəifləmiş ola bilər, buna görə də faraların düzgün işlədiyindən əmin olmaq vacibdir. Tormozlama məsafəsinin uzanacağı nəzərə alınaraq, əyləc sisteminin vəziyyəti də müntəzəm yoxlanmalıdır.

Sonda bir məsələni də yada salım ki, sürücülər avtomobilin qızdırıcısının işləkliyini yoxlamağı, şüşəni silmək üçün donmayan mayedən istifadə etməyi və köhnə silgəclərin vəziyyətini yoxlamağı unutmamalıdırlar. Yol kənarında qalma hallarında soyuq hava şəraiti müəyyən çətinlik yarada bilər, buna görə də qida, su, fənər və ilk yardım dəstinin avtomobildə olmasında da fayda var", - deyə E.Abbasov vurğ

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı