veten informasiya agentliyi

Azərbaycanda uşaqlara görə ödənişlər veriləcək?

Tarix:21-02-2025, 10:29
Baxış Sayı:126

Azərbaycanda uşaqlara görə ödənişlər veriləcək?Azərbaycanda uşaqların sayında azalma müşahidə edilir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, ötən il ölkədə 102 min 310 körpə doğulub. Bu rəqəm 2022-ci ildə 122 min 846, 2023-cü ildə isə 112 min 620 olub. Prosesin bizim üçün yaxşı vədlər vermədiyi bildirilir, hətta gənc ailələrə müəyyən maddi yardımların edilməsi, uşaqpulunun yenidən bərpası təklif olunur.

Dövlət bu istiqamətdə hansı addımları atmalıdır?

Sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, bu gün uşaqpulu verən ölkələrin əksəriyyətində demoqrafik böhran yaşanır:

"Belə vəziyyətdə onların uşaqların doğulmasını stimullaşdıran addımlar atması təbiidir. Azərbaycanda isə demoqrafik vəziyyət hələ ki normal səviyyədədir. Lakin uşaqların sayının azalması bizi düşündürməlidir".

Sabiq nazirin fikrincə, hökumət bununla bağlı yeni bir strategiya ortaya qoymalıdır:

"Gecikmək olmaz. Çünki sonra demoqrafik sahəni stabilləşdirmək üçün bir-iki il yox, bəzən on və daha çox illər tələb oluna bilər. Hesab edirəm ki, dövlət bu proseslərə biganə deyil. Yaxın zamanlarda zəruri addımların şahidi olacağıq".

Deputat Razi Nurullayev bir müddət əvvəl uşaqların sayının azalması ilə bağlı SOS verildiyini bildirib:

"Əhalinin sayının azalmasını istəmiriksə, uşaqpulunun verilməsi vacibdir. Elə bu səbəbdən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində "çoxuşaqlı ana" anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı aparılan müzakirələr müsbət qarşılanıb. Aidiyyəti dövlət qurumu da məsələyə isti yanaşıb, ilkin razılıq əldə olunub. Məsələnin müsbət yöndə həllini tapacağını düşünürəm".

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı