veten informasiya agentliyi

Cəbrayıla növbəti köç başladı

Tarix:13-01-2025, 14:44
Baxış Sayı:156

Cəbrayıla növbəti köç başladıPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.

Bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülür.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs etdi
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs etdi
DTX rəsmisi: İtkin düşmüş 327 nəfərin şəxsiyyəti müəyyən edilib
DTX rəsmisi: İtkin düşmüş 327 nəfərin şəxsiyyəti müəyyən edilib
Nazir şad xəbəri açıqladı: Bu müəllimlər bir daha sertifikasiyaya cəlb edilməyəcək
Nazir şad xəbəri açıqladı: Bu müəllimlər bir daha sertifikasiyaya cəlb edilməyəcək
Bakıda beynəlxalq konfrans keçirilir
Bakıda beynəlxalq konfrans keçirilir
Rusiya və Çin Yaponiyaya siqnal göndərib: Sakit okean üzərində nə baş verir?
Rusiya və Çin Yaponiyaya siqnal göndərib: Sakit okean üzərində nə baş verir?
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Benzin satıcıları qiymətləri dərhal aşağı salmasalar... - Trampdan sərt xəbərdarlıq
Benzin satıcıları qiymətləri dərhal aşağı salmasalar... - Trampdan sərt xəbərdarlıq