veten informasiya agentliyi

Pulsuz "Wi-Fi"ya qoşulanlar DİQQƏT: Kartdakı pullarınızı oğurlana bilər

Tarix:12-12-2024, 08:48
Baxış Sayı:132

Pulsuz "Wi-Fi"ya qoşulanlar DİQQƏT: Kartdakı pullarınızı oğurlana bilər

Pulsuz Wi-Fi şəbəkələri geniş istifadə olunur, insanların internetə sürətli və sərfəli şəkildə qoşulmasına imkan yaradır. Bu kimi internetlərə Dənizkənarı Bulvar ərazisində, ADY qatarlarında və bir çox ictimai nəqliyyatda rast gəlmək olar. 

Bu cür şəbəkələr ciddi təhlükəsizlik riskləri ilə yanaşı istifadəçilər müxtəlif kiberhücumlar və məlumatların sızması kimi problemlərlə qarşılaşa bilər.

Bəs pulsuz Wi-Fi şəbəkələrinin yaratdığı təhlükələr nələrdir?

Şifrlənməmiş pulsuz Wi-Fi şəbəkələri kiberhakerlər üçün çox əlverişli olur. Hakerlər şəbəkəyə qoşulan istifadəçilərin göndərdiyi məlumatları izləyərək şəxsi məlumatları, parolları və bank məlumatlarını ələ keçirə bilərlər.

Digər hücum növü isə hakerlər istifadəçinin cihazı ilə internet arasında araya girir və məlumatları ələ keçirir. Şəbəkə üzərindən göndərilən həssas məlumatlar, məsələn, kredit kartı nömrələri və şifrələr, hakerlərin əlinə keçə bilər.

Pulsuz Wi-Fi şəbəkələrinə qoşularkən istifadəçilər zərərli proqramlar və viruslarla yoluxa bilərlər. Hakerlər şəbəkə üzərindən cihazlara zərərli proqramlar göndərərək istifadəçilərin məlumatlarını oğurlaya bilər. 

Bəs hesablarımızı qorumaq üçün həmin internetden necə istifadə edək?

Pulsuz Wi-Fi şəbəkələrində daha təhlükəsiz internet bağlantısı əldə etmək üçün Virtual Private Network (VPN) istifadə etmək tövsiyə edilir. VPN istifadəçilərin internet bağlantısını şifrələyərək məlumatlarını qorumağa kömək edir. İstifadəçilər yalnız tanınmış və etibarlı şəbəkələrə qoşulmalıdır. Hakerlər saxta Wi-Fi şəbəkələri quraraq istifadəçiləri aldatmağa çalışa bilər.

Hesabların təhlükəsizliyini artırmaq üçün iki faktorlu autentifikasiyanı aktivləşdirmək vacibdir. Bu, istifadəçilərin məlumatlarının oğurlanmasını çətinləşdirir. Pulsuz Wi-Fi istifadə edərkən bu təhlükələri nəzərə alaraq, şəxsi məlumatlarınızı və cihazlarınızı qorumaq üçün tədbir görmək vacibdir. Müvafiq təhlükəsizlik önləmləri ilə şəbəkə risklərini minimuma endirmək mümkündür.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır