veten informasiya agentliyi

MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı

Tarix:21-07-2026, 18:26
Baxış Sayı:36

MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı


Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə ağır xəstələrin daşınması üçün istifadə edildiyi iddia olunan katalkanın görüntüləri müzakirələrə səbəb olub. Paylaşımlarda avadanlığın tibbi standartlara cavab vermədiyi və plastik PVC borular vasitəsilə hazırlandığı irəli sürülüb.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, görüntülərdə əks olunan təkərli xərək Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsində maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri zamanı istifadə edilir.

Qurumun məlumatına görə, MRT cihazlarının güclü maqnit sahəsi səbəbindən bu tip müayinələrdə metal konstruksiyalı katalkalardan istifadə mümkün deyil. Buna görə də xəstələrin təhlükəsiz daşınması və müayinə masasına yerləşdirilməsi üçün maqnitə reaksiya verməyən xüsusi materiallardan hazırlanmış xərəklərdən istifadə olunur.

TƏBİB qeyd edib ki, bu cür avadanlıqlar beynəlxalq tibbi praktikada da tətbiq edilir və funksionallığı ilə yanaşı, daha qənaətcil həll variantlarından biri hesab olunur.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb