veten informasiya agentliyi

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

Tarix:21-07-2026, 18:27
Baxış Sayı:36

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə


Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Bildirilib ki, III ixtisas qrupu (DT altqrupu) üzrə müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər iyulun 24-dən 27-dək (saat 23:59-dək) DİM-in internet səhifəsində sorğu anketini dolduraraq qeydiyyatdan keçməlidirlər.

Məlumata görə, müəyyən kateqoriyadan olan abituriyentlər üçün qabiliyyət imtahanında iştirak dövlət büdcəsi hesabına təmin ediləcək. Digər namizədlər isə qeydiyyat üçün tələb olunan ödənişi şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər.

Qabiliyyət imtahanında iştirakçılar təqdim olunan mövzu əsasında inşa (esse) yazacaqlar. İmtahan avqustun 4-də kompüter vasitəsilə keçiriləcək və bu ildən etibarən inşalar ilk dəfə elektron formada yazılacaq.

DİM bildirir ki, bu yenilik abituriyentlərə mətnlərini daha rahat redaktə etmək, vaxtdan səmərəli istifadə etmək və fikirlərini daha oxunaqlı şəkildə təqdim etmək imkanı yaradacaq. Həmçinin qiymətləndirmə prosesində əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq.

Bundan əlavə, imtahanın müddəti 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsi üçün abituriyentlərə 3 saat vaxt veriləcək.

Qabiliyyət imtahanını uğurla başa vuran abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını da seçə biləcəklər.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb