veten informasiya agentliyi

Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI

Tarix:9-12-2024, 10:41
Baxış Sayı:154

Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI

Dekabrın 09-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

DÇ-2026-nın rəmzi komandası açıqlandı
DÇ-2026-nın rəmzi komandası açıqlandı
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
"Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırlanmışdı"
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
Kəsilməmiş qarpız fəlsəfəsi
Kəsilməmiş qarpız fəlsəfəsi
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı