veten informasiya agentliyi

Bu əlamətlər varsa, orqanizm xəstədir

Tarix:1-12-2024, 10:49
Baxış Sayı:181

Bu əlamətlər varsa, orqanizm xəstədir

Orqanizm ayrı-ayrı orqanlardan ibarət olsa da, ümumi bir sistemdir. Bu sistemin işində pozulma olarsa, digər sistem və orqanlarla əlamətlərlə özünü göstərir. Elə əlamətlər var ki, müəyyən zaman içində keçəcəyini gözləmək olmaz.

- Təngnəfəslik. Fiziki hərəkət, iş zamanı qəfil artan təngnəfəslik ürəyin işemik xəstəliyi, ağciyər problemi və damar tıxanmasından xəbər verə bilər.

- Qarında ağrı. 90% insan qarın ağrısı zamanı ağrıkəsici içib, həkimə getmir. Dərman qəbulu isə problemi maskalayıb, həkimi də yanıldır.

Qarında ağrı əzələ spazmıdır. Amma spazm boşuna olmur. Səbəblər: kolit, qastrit, peritonit, appendiks, hətta xərçəng ola bilər.

- Yuxusuzluq.Bu ciddi nevroloji pozulmadır. Həkimlər yuxu gündəliyi tutmağı tövsiyə edir. Saat neçədə neçə dəqiqəyə yatdın, gecə yarı neçə dəfə oyandın, neçədə qalxdın...

Əgər səhər tezdən eyni saatda səbəbsiz oyanırsansa, bu, depressiya ola bilər. Eləcə də yuxu pozğunluğu orqanizmdə digər sistemləri pozur.

- Baş ağrıları. Burda da dərmanla maskalanırsız. Baş ağrısının azı 30 səbəbi var.

- Kəskin çəki itirmə.Əgər istəmədən, normal yeyərək getdikcə iştahınız azalırsa və arıqlayırsızsa, 2 ay ərzində minimum 5-7 kq çəki itirmisizsə, bu ya diabet, ya da xərçəng əlamətidir. Xərçəngin əlamətləri çoxdur.

- Ürəkbulanma.Banal həzm pozuntusu, qastrit və yeməklərdən, hətta stresdən ola bilər. Amma daha təhlükəli xəstəliklərin siqnalı ola bilər. Məsələn, mədəaltı vəz, mədə xərçəngi, appendiks, böyrək çatışmazlığı, bağırsaq keçməməzliyi və s.

- Daimi susuzluq və tez-tez tualetə getmək.İntoksikasiya, susuzlaşma, diabet, nefrit, böyrək problemlərindən ola bilər. Kişilərdə bu əlamət prostat xərçəngində də olur.

DÇ-2026-nın rəmzi komandası açıqlandı
DÇ-2026-nın rəmzi komandası açıqlandı
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
"Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırlanmışdı"
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
Kəsilməmiş qarpız fəlsəfəsi
Kəsilməmiş qarpız fəlsəfəsi
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı