veten informasiya agentliyi

Dünyada su problemlərinin həlli üçün COP29-un tarixi əhəmiyyəti olacaq

Tarix:30-11-2024, 11:26
Baxış Sayı:145

Dünyada su problemlərinin həlli üçün COP29-un tarixi əhəmiyyəti olacaq


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Bakıda keçirilən 29-cu Tərəflər Konfransı (COP29) dünyanın son illər qarşılaşdığı iqlim problemlərinin həlli üçün qlobal əməkdaşlığın gücləndirilməsi baxımından tarixi əhəmiyyət kəsb etdi. Belə ki, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29 yüksək səviyyədə təşkil olundu və beynəlxalq aləmi narahat edən iqlim dəyişmələrinin törədə biləcəyi problemlərin həlli effektiv mübarizə aparmaq üçün qlobal qərarlar qəbul olundu.

Prezident cənab İlham Əliyev beynəlxalq tədbirdə çıxışında ölkəmizin iqlim diplomatiyasındakı önəmli rolu barədə ətraflı danışaraq vurğuladı ki, Azərbaycan bu prosesdə də liderliyini bir daha nümayiş etdirdi. Ölkəmiz mürəkkəb geosiyasi şəraitdə qlobal səviyyədə mühüm qərarların qəbul edilməsində xüsusi rolu ilə seçilməklə dünya ictimaiyyətinin diqqətini özünə cəlb etdi.

COP29 çərçivəsində Bakı Maliyyə Məqsədi əhəmiyyəti xeyli artırdı. Qəbul edilən son dərəcə əhəmiyyətli qərarlara əsasən, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf müəyyənləşdi. Bura ildə 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə razılaşması daxildir. Beynəlxalq konfransda dünyanı son dərəcə narahat edən bir sıra aktual məsələlər müzakirə olundu və qlobal problemlərin həlli üçün vacib qərarlar qəbul edildi.

Dünyanı narahat edən iqlim problemləri ilə bağlı COP29-un ölkəmizdə keçirilməsi ölkəmizin beynalxalq aləmdə artan rolunu bir daha təsdiqlədi.

Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində böyük əhəmiyyət kəsb edən beynəlxalq konfransda dünyanı narahat edən son dərəcə mühüm problemlər geniş müzakirə olundu və onun həlli üçün konkret qərarlar qəbul edildi.

Konfransda su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq, onun davamlı və inteqrasiyalı idarə edilməsinin inkişafı, eləcə də dəyişən iqlim şəraitində adaptiv su idarəetmə modelləri mövzuları ilə də bağlı ətraflı müzakirələr aparıldı. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və agentliyin məsul şəxsləri konfransda çıxış edərək beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ekoloji tarazlığın uzunmüddətli qorunması istiqamətində agentliyin mühüm təşəbbüslər həyata keçirdiyini vurğuladılar.

Su ehtiyatlarının idarə edilməsində dövlət-özəl tərəfdaşlığının rolu, "Su və Davamlı İnkişaf", "Davamlı Su Resurslarının İdarə Edilməsində İnnovativ Yanaşmalar" və digər bir sıra həlli vacib məsələlər panel sessiyada geniş müzakirə edildi. Qeyd olundu ki, dövlət-özəl tərəfdaşlığı Azərbaycanın su qıtlığı problemini həll etmək üçün əhəmiyyətli həll yolu ola bilər. Düzgün planlaşdırma, güclü tənzimləmə çərçivələri və icmanın iştirakı ilə DÖT-lərin üstünlüklərini maksimuma çatdırmaq mümkündür. 50 ölkənin dəstəklədiyi bəyanat iqlim dəyişmələrinin su hövzələri və su ilə bağlı ekosistemlərə təsirinə qarşı mübarizə üçün inteqrasiya olunmuş yanaşmanı təqdim edir.

Dünyada 1 milyarda yaxın insanın təmiz su ehtiyacının qarşılanmadığını vurğulayan tədbir iştirakçıları haqlı olaraq qeyd ediblər ki, mövcud resurslardan yüksək səviyyədə istifadə etmək lazımdır. Çünki qeyd olunduğu kimi, 10-15 il ərzində bir çox ölkələrdə su problemləri yaşanacaq və bunun qarşısını almaq üçün COP29-da qəbul edilən qərarlar mütləq icra olunmalıdır.

Anar ALIZADƏ,

İsmayıllı Su Meliorasiya Sistemləri

İstismarı İdarəsinin rəisi.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır