veten informasiya agentliyi

Müddətli əmək müqaviləsi ilə 2-ci iş yerində müəllim çalışmaq istəyənlər üçün ərizə qəbulu başlayır

Tarix:24-11-2024, 21:20
Baxış Sayı:159

Müddətli əmək müqaviləsi ilə 2-ci iş yerində müəllim çalışmaq istəyənlər üçün ərizə qəbulu başlayır
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə çalışmaq istəyən müəllimlər üçün ərizə qəbulu elan edilir.
Çalışmaq istəyən müəllimlər 20-23 noyabr 2024-cü il tarixlərində saat 09:00-dan 18:00-a kimi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhər, Şəhriyar küçəsi 21) yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər.
Qeyd edək ki, ərizə ilə yalnız həmin rayonlar üzrə ümumi təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərən şəxslər müraciət edə bilərlər.
Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunmuş vakant yerlər ilk olaraq 2024/2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə elan edilmiş, lakin müvafiq turlarda tutulmayan boş qalmış yerlərdir.
Vakant yerlərlə linkə daxil olaraq tanış ola bilərsiniz:
https://t.ly/XJD3l
#Mütda #EduAz #DağlıqŞirvanRTİ #Müəllim #Vakansiya

DÇ-2026-nın rəmzi komandası açıqlandı
DÇ-2026-nın rəmzi komandası açıqlandı
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
"Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırlanmışdı"
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
Kəsilməmiş qarpız fəlsəfəsi
Kəsilməmiş qarpız fəlsəfəsi
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı