veten informasiya agentliyi

Həmin sahibkarlar 6000 manat cərimələnəcəklər

Tarix:15-11-2024, 10:37
Baxış Sayı:160

Həmin sahibkarlar 6000 manat cərimələnəcəklər

Bəzən xidmət və iaşə obyektlərində post terminalın işləməməsi əsas gətirilir. Bu halda satıcılar adətən alıcılardan ödənişi ya nağd verməyi, ya da karta atmalarını istəyirlər. Baxmayaraq ki, bu qanun pozuntusudur. Qanunun tələbinə əsasən istehlakçının tam hüququ var ki, ödənişi etmək üçün satıcıdan posterminal tələb etsin.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən də ''Xəzər Xəbər''ə bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan karta" köçürülməklə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu konkret olaraq alıcının alqı-satqı zamanı bəzi əsas hüquqlarını məhdudlaşdırır.

Dövlət Vergi Xidməti nəzərə çatıdırır ki, bu qanun pozuntusu əsasən vergidən yayınmaq məqsədi daşıyır.

Bildirilib ki, qeyd olunan əməliyyatlara yol verən sahibkarlara qarşı vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.

Sahibkarlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

DÇ-2026-nın rəmzi komandası açıqlandı
DÇ-2026-nın rəmzi komandası açıqlandı
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
"Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırlanmışdı"
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
Kəsilməmiş qarpız fəlsəfəsi
Kəsilməmiş qarpız fəlsəfəsi
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı