veten informasiya agentliyi

Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir

Tarix:6-11-2024, 11:02
Baxış Sayı:148

Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir

2020-ci il noyabrın 6-sı, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx birinci günü.

Ermənistan silahlı qüvvələri gün ərzində Tərtər və Goranboy rayonları daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi, həmçinin Tovuz, Gədəbəy və Daşkəsəndəki mövqelərimizi atəşə tutur.

Azərbaycan Ordusu isə mübarizəni yalnız döyüş meydanında davam etdirir. Döyüş əməliyyatları müxtəlif intensivliklə, əsasən, Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Cəbhənin bəzi yerlərində şəxsi heyətini və hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilir. Ermənistan ordusunun bölmələri cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçır. Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilir. Düşmənin komandir heyəti də daxil olmaqla xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki "KamAZ" maşını və qoşqusunda top olan üç "Ural" maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilir. Cəbhədən gələn müjdəli xəbərlər isə qələbə gününün yaxında olduğuna böyük inam yaradır.

Bir sözlə, müharibənin qırx birinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

DÇ-2026-nın rəmzi komandası açıqlandı
DÇ-2026-nın rəmzi komandası açıqlandı
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu
"Ərdoğana qarşı bir neçə sui-qəsd planı hazırlanmışdı"
Neft yenidən bahalaşdı
Neft yenidən bahalaşdı
Kəsilməmiş qarpız fəlsəfəsi
Kəsilməmiş qarpız fəlsəfəsi
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı