![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
- - - - -
Dekabrın 30-da Ağdaş şəhər Heydər Əliyev adına Mərkəzdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin 2023-cü ilin yekunlarına həsr olunan tədbir keçirilib.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin müdiri Aydın Bəşirov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon prokuroru Anar Əliyev, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər və şagirdlər iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözləri ilə açan təhsil idarəsinin müdiri Elçin Kərimov gələn qonaqları salamlayaraq, 2023-cü ilin əlamatdar bir il olaraq yadda qaldığını qeyd edib. Elçin Kərimov çıxışında 2023-cü ilin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə təhsil idarəsinin əhatə etdiyi təhsil müəssisələrində mədəni-kütləvi tədbirlərin keçirildiyini, bu ilin sentyabr ayında ölkə başçısının uğurlu siyasəti nəticəsində Qarabağda suverenliyimizin tam bərpa olunmasını, tarixi qurultay olan Azərbaycan Müəllimlərinin XVI Qurultayında təhsil işçilərimizin təmsil olunmasını, eləcə də şagirdlərimizin müxtəlif ölkə əhəmiyyətli müsabiqə və olimpiadalarda uğur qazandığını bildirib. İdarə müdiri 2024-cü ilin hər bir təhsil işçisi üçün uğurlu bir il olaraq yadda qalacağını vurğulayıb, həmçinin növbəti ildə qarşıdan duran hədəf və istiqamətləri təhsil işçilərinin diqqətinə çatdırıb.
Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin nəticələrinə əsasən, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IV siniflərində təşkil olunan monitorinq, həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən IX sinif üzrə keçirilən biliyin yekun qiymətləndirilməsində şagirdləri yüksək nəticə göstərmiş məktəblərin fənn müəllimləri, həmçinin IV sinif monitorinq, IX və XI sinif buraxılış imtahanlarının nəticələrinə əsasən, region üzrə 10 ən yaxşı məktəbin direktoru, eləcə də cari ildə respublika fənn olimpiadaları, fənn müsabiqələri, Lütfi Zadə adına Məntiq olimpiadası, SAF-2023 Beynəlxalq STEAM Azərbaycan Festivalı, “Əziz Şuşa, sən azadsan! inşa müsabiqəsində qalib olan şagirdlər və fənn müəllimləri, həmçinin idarənin bir qrup əməkdaşı Fəxri Fərman və Təşəkkürnaməyə layiq görülüb. Eyni zamanda elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə 5 oktyabr - Beynəlxalq Müəllimlə Günü münasibətilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunan müəllimlərə təltifləri təqdim olunub.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.