veten informasiya agentliyi

Baş Dövlət Yol Polisi İdarəsinin bayram günlərində bölgələrə səfər etmiş sürücülərə müraciəti

Tarix:6-01-2024, 14:28
Baxış Sayı:188


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin artmasına səbəb olacaq.

Bayram günlərinin yol qəzası nəticəsində arzuolunmaz bitməməsi üçün hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edirik.

Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.

Uzaq məsafə qət edən sürücü və sərnişinlərin nəzərinə çatdırırıq ki, qısamüddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.

Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
BMW 318 mindən çox avtomobili geri çağırır
BMW 318 mindən çox avtomobili geri çağırır
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun