Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Rəncbərlər kənd tam orta məktəbində, eyni zamanda Hüsülü kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPṢ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev narkotik asılılığının törətdiyi fəsadlardan, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər barəsində məlumat verib. Həmçinin antinarkotik mövzusunda video çarx göstərilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.