![]()
![]()
3 noyabr 2023-cü il tarixində Qobustan Gənclər evində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun və Qobustan Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə “Zəfərimizin qazanılmasında gənclərin rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi E.Salmanov, Qobustan Gənclər evi SXM-nin əməkdaşı M.Hacırzalı çıxış ediblər. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçıları üzərində qazanılan hərbi-siyasi zəfərin xalqımızın çoxəsrlik tarixinin ən mühüm və parlaq hadisələrindən biri olduğunu qeyd etdilər. Tarixi qələbənin qazanılmasında gənclərin rolundan bəhs edərkən natiqlər dövlət başçısının “Əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi” fikrinə istinad edərək, Vətən Müharibəsi zamanı gənclərin ön cəbhədə əsgər və zabit kimi qəhrəmancasına döyüşdüyünü, informasiya savaşında virtual məkanda erməni yalanlarını ifşa etdiklərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırdıqlarını bildirdilər.