![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
- - - - -
Noyabrın 3-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə cari tədris ilində ümumi təhsil müəssisələrində formalaşdırılan istedad siniflərinin və Mingəçevir şəhər R,Muradov adına Texniki humanitar lisey, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey və S.Vurğun adına 16 nömrəli tam orta məktəbin 5-ci siniflərində təhsil alan şagirdləri arasında məntiq yarışı keçirilib.
Qeyd edək ki, onlayn formada kompüter üsulu ilə həyata keçirilən yarışda 441 nəfər şagird iştirak edib və şagirdlərə məntiqi təfəkkürün yoxlanılması məqsədilə 25 test tapşırığı təqdim olunub.
Məntiq yarışlarının Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində şagirdləri arasında mütəmadi keçirilməsi nəzərdə tutulur. Həmçinin məntiq üzrə müsabiqə və yarışların keçirilməsi V sinif şagirdlərinin Lütfi Zadə adına Riyaziyyat- məntiq Olimpiadasına hazırlığı məqsədilə təşkil olunur.
İstedad siniflərinin yaradılmasında məqsəd istedadı və bilik-bacarığı ilə seçilən şagirdlərin bir sinifdə təhsil almasıdır. İstedad sinifləri 2023-2024-cü tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 1 şəhər və 5 rayonun pilot olaraq seçilmiş ümumi təhsil müəssisələrinin 5-ci siniflərində təşkil olunub.