![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
31 oktyabr 2023-cü il tarixində Ağdaş şəhər Heydər Əliyev Mərkəzində Ağdaşda ilk kitabxananın yaranmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.
Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, uzun illər Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə rəhbərlik etmiş Seyfəddin Feyzullayev, Ağdaş Rayon İcra Hakimiyyətinin və digər təşkilatların nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər Ağdaşda və respublikamızda kitabxanaların yaranma tarixindən və bugünki inkişafından söz açıblar.
Tədbirdə Ağdaş rayon Mədəniyyət Mərkəzinin, Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivlərinin və məktəblilərin ifasında təqdim edilən kompozisiyalar və musiqi nömrələri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov Milli Kitabxananın nəşr etdiyi bir neçə kitabı Ağdaş rayon Mərkəzi kitabxanasına hədiyyə edib.