![]()
![]()
![]()
![]()
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi Ağstafa rayonu üzrə Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Ağstafa rayon Təhsil Sektorunun dəstəyi ilə "Heydər Əliyev İli" çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda bilik yarışması keçirilib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi Ağstafa rayonu üzrə Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov qeyd ediblər ki, bilik yarışının təşkil olunmasında məqsəd şagirdlərin ümummili lider Heydər Əliyev irsi, həyat və fəaliyyəti, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq və yeniyetmələrdə intellektual yarışlar vərdişinin formalaşdırılmasıdır.
Bilik yarışmasında Ağstafa rayonu üzrə 13 məktəbin komandası iştirak edib. Yarışmada Ağstafa rayon Poylu kənd tam orta məktəbin "Xarıbülbül" komandası 1-ci, 2 nömrəli tam orta məktəbin "Zirvə" komandası 2-ci, Dağ Kəsəmən kənd tam orta məktəbin "Xəmsə" komandası 3-cü yerlərə layiq görülüb.
Qalib komandalara diplomlar təqdim olunub.