veten informasiya agentliyi

Qaxda mağazalardan oğurluq edən şəxs saxlanılıb

Tarix:24-10-2023, 11:30
Baxış Sayı:181

Qax rayonunun Fıstıqlı kəndində bir gecədə iki mağazadan oğurluq edilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxs kassalarda olan ümumilikdə 2 min manata yaxın pulu, danışıq kartlarını, siqaretləri və “nisyə dəftər”lərini oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Tofiq Mirzəyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində əməli törətdikdən sonra paytaxta getdiyini, əldə etdiyi pulları əyləncə mərkəzlərində xərclədiyini bildirib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
BMW 318 mindən çox avtomobili geri çağırır
BMW 318 mindən çox avtomobili geri çağırır
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun